“WeTravel” 1 milyard dollarlıq satış edən platformanı satın aldı

“WeTravel” 1 milyard dollarlıq satış edən platformanı satın aldı

Azərbaycanlı Qərib Mehdiyevin həmtəsisçisi olduğu "WeTravel" Yeni Zelandiyanın çoxgünlük və fərdiləşdirilmiş səyahətlərin təşkili üçün proqram təminatı hazırlayan "Tourwriter" şirkətini satın alıb.

Startup.az xəbər verir ki,  20 ildən artıqdır fəaliyyət göstərən "Tourwriter" tur operatorları və DMC-lər üçün səyahət proqramlarının hazırlanması, təchizatçıların idarə edilməsi, qiymət və marja hesablamaları, fakturalar və analitika kimi alətlər təqdim edir. Son iki ildə platforma üzərindən 1 milyard dollardan çox səyahət satışı həyata keçirilib.

 WeTravel bu satınalmanın çoxgünlük səyahət biznesləri üçün süni intellekt əsaslı vahid əməliyyat sistemi yaratmaq strategiyasının bir hissəsi olduğunu açıqlayıb. Şirkət ötən il 92 milyon dollarlıq Series C investisiya raundu da cəlb edib.

 WeTravel 2014-cü ildə Yohannes Koeppel (CEO), azərbaycanlı Qərib Mehdiyev (CTO) və Zaki Prabovo (CMO) tərəfindən təsis edilib.

Paylaş