Startap Azərbaycan müsabiqəsində ancaq universitetlərin, onların inkubasiya mərkəzlərinin startapları iştirak edə bilərlər. Startapların universitetlərdə inkubasiya proqarmlarını keçməsi, komandaya sahib olması və MVP olması arzuolunandır.

Startap Azərbaycan müsabiqəsində iştirakla bağlı ilk seçimlər Universitetlərdə aparılır. Universitetlərdən Startap Azərbaycan müsabiqəsində iştirak edən startaplar ekspertlərin dəyərləndirilməsi əsasında müsabiqəyə qəbul edilir.  
Müsabiqədə iştirakla bağlı müraciətlər yalnız müsabiqənin internet saytında (startup.az) qəbul edilir.

Müraciətlərin tarixi Startap Azərbaycan tərəfindən öncədən müəyyən olunur və elan edilir.

Ərizələr onlayn formada saytda göstərilən qaydada doldurulur və  formada məcburi olaraq qeyd olunan (* işarəsi olan) bəndlər mütləq doldurulmalıdır.

Diqqət!

Startap Azərbaycan müsabiqəsinin ölkə üzrə Demo Day mərhələsində yalnız ilkin versiyası hazır olan, bir və ya bir neçə xidməti ilkin vəziyyətdə aktiv olan layihələr qəbul ediləcək. Biznes - ideya səviyyəsində, prototip səviyyəsində olan layihələr bu müsabiqəyə qəbul edilməyəcək.  

Qeydiyyat və seçim prosesləri, müsabiqənin gedişi ilə bağlı  iştirakçılara məlumatlar təqdim edilir.

Formanı doldurarkən Başlıq və Sloqan hissələrdə qısa və yaddaqalan ad seçilməsi tövsiyyə olunur. Layihənin digər üzvləri də Startap Azərbaycan tədbirlərində iştirak edirlər.

Formanı doldurarkən zəruri məlumatların daxil edilməsi vacibdir. Formada qeyd olunan Layihənin qısa təsviri 100 -120 simvoldan artıq olmamalıdır. Bu məlumat ictimaiyyət üçün açıqlanır. Qısa təsvir layihənin əsas ideyası, fəaliyyət istiqamətini göstərir və səhifədə slayder formasında görünəcək.

Ekspertlərin qiymətləndirilməsi üçün vacib olan məlumatı göndərmək üçün Sənədi yüklə menyusundan istifadə etmək lazımdır. Ekspertlər əsasən bu məlumatlardan istifadə edərək ilkin qiymətləndirməni aparacaqlar. Burada ümumi şəkildə layihənizin ideyası, biznes-plan, rəqabət və satış (xidmət) məsələləri, Komandanız  və s haqqında məlumatlar yer ala bilər. Bu məlumatlar ictimaiyyət üçün açıqlanmır.

Biznes-planın əsas hissələri:

-Konsepsiya, ideya
-Bazarın öyrənilməsi, satış və marketinq
-Sizin rəqabət üstünlüyünüz
-Maliyyə planı
-Komanda
-Təxmin edilən maliyyə vəsaitləri

Müsabiqədə uğur qazanan startaplar növbəti mərhələ üçün akselerasiya proqramında iştirak etmək hüququ qazanırlar.

Qaliblərə həmçinin öncədən nəzərdə tutulan və elan edilən mükafat fondu əsasında mükafatlar təqdim edilir.