Layihələr müxtəlif fəaliyyət istiqamətləri üzrə ixtisaslaşan Ekspertlər tərəfindən qiymətləndirilir.
Ekspertlər layihələrin perspektivliyinə və risklərin dəyərləndirilməsinə üstünlük verirlər. Qiymətləndirmə iki mərhələdə aparılır. Birinci mərhələ təqdim olunan layihələrin ideyasının, qısa təsvirinin və digər məlumatların ekspertlər tərəfindən ümumi dəyərləndirilməsi əsasında həyata keçirilir. Hər bir ekspert öz sahəsi üzrə Layihələri qiymətləndirməklə müvafiq ballar verir. 1-ci mərhələnin yekununda yarımfinalçılar müəyyən olunur.
İlkin mərhələdə Ekspertlər ümumi dəyərləndirmə əsasında təklif olunan biznesin nə dərəcədə uğurlu olmasını və təklif edən komandanın şanslarının nə qədər real olmasını dəyərləndirirlər.
2-ci mərhələdə yarımfinalçılar öz geniş biznes planlarını təqdim edirlər. Yarımfinalçılar öz layihələrinin təqdimatlarını həyata keçirirlər.
Ekspertlər tərəfindən aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq finalçılar müəyyən olunur.
Ekspertlər qiymətləndirmə prosesində aşağıdakı meyarlara əsaslanırlar :
Maliyyə və real baxımdan layihə nə dərəcədə cəlbedicidir?
Komanda bazar və biznes xüsusiyyətlərini nə dərəcədə yaxşı bilir?
Biznes-plan və ya icmal nə dərəcədə aydın və anlaşıqlı yazılıb?
Təklif olunan struktur-layihə bazarda lider ola bilərmi?
Komanda layihənin prototipini yarada bilibmi?
Komanda nə dərəcədə uğurlu və təcrübəlidir?
Komanda motivasiyanı qoruyub işi başa çatdıra biləcəkmi?
Komandanın bir və ya bir neçə üzvündə ideya və ya xidmətləri təşviq etmək üçün lazımi bacarıqlar varmı?
Komandada investisiyalarla işləmək təcrübəsi və ya bununla bağlı hər hansı dəqiq plan varmı?
Layihə bazarda təxminən nə qədər müddət yaşaya bilər?
Ekspertlər qiymətləndirmə prosesində öz subyektiv baxışları və dəyərləndirmələri əsasında da qiymətləndirmə apara bilərlər.
Ekspertlər həm bu meyarlar əsasında, həm də öz təcrübələri , bilik və məlumatları əsasında qiymətləndirmə apara bilərlər.
Ekspertlər Şurasının qərarı saytda dərc olunur və nəticələr açıqlanır. Hər hansı Apelyasiya şikayəti qəbul edilmir. Ekspertlərin qərarı həlledicidir.