Mələk İnvestorlar Klubu

Təşkilatın / İnvestorun adı

Mələk İnvestorlar Klubu

İnvestor haqqında məlumat

“Technovate – Sabah Mələk İnvestorlar Klubu” risk etmək həvəsi yüksək olan, ildə təxminən 10-50 min dollar məbləği qlobal startaplara yatırtmaq istəyən, qarşılığında 10, 100, bəzən hətta 1000 dəfə çox gəlir əldə etmək istəyən, amma alınmasa da o pulu itirməyi göz önünə alan, dünyanın müsbət dəyişimində rol almaq istəyən şəxslər üçün nəzərdə tutulan klubdur.

Kluba üzvlük individual olaraq qiymətləndirilir. Müraciət etmək üçün www.technovateangels.com səhifəsi üzərindən məlumatları doldurub qeydiyyatdan keçmək lazımdır. İlk öncə klubda bəlli saya çatdıqdan sonra məzmunca zəngin olacaq təlimlər, vebinarlar təşkil etmək planlaşdırılır. Yerli investorlarımızın xarici investorları dinləməsini, onların təcrübələrini öyrənməsi çox vacib nəaliyyət olacaq.Sonra isə klubumuza üzv olan investorlar Technovate-ə dünyanın istənilən nöqtəsindən müraciət etmiş və Technovate-in  “süzgəcindən” keçən startaplara, müstəqil olaraq investisiya etmək imkanı veriləcək.  Klub investorlara startapın mütləq qiymətini müəyyən etmədən, habelə bu qiymətə qiymətləndirmə maksimumu təyin etməklə pay alqı-satqısı həyata keçirməyi mümkün edən SAFE müqaviləsi ilə investisiya imkanı yaradır. Bu müqavilə çərçivəsində investorlar hələ ən ilkin mərhələdə olan şirkətə investisiya etdikləri üçün onların indi edəcəyi investisiya gələcəkdə şirkətin əldə edəcəyi investisiyalar zamanı şirkət qiymətləndirilməsinə uyğun, lakin maksimum hədd təyin etməklə qiymətləndiriləcək.

İnvestisiya üçün prioritet sahələr

----

İnvestisiya əldə etmiş layihələr

-----