İRİA ekosistemin inkişafına yönəlmiş açıq tender elan edib

İRİA ekosistemin inkişafına yönəlmiş açıq tender elan edib

Azərbaycanda innovasiya və startap ekosisteminin inkişafına yönəlmiş yeni proqramlara start verilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “Startapların inkişafına dəstək məqsədli innovasiya proqramı” layihəsinin icrası üzrə açıq tender elan edib.

Startup.az xəbər verir ki, layihə innovativ ideyaların təşviqi, startapların inkişafına dəstək göstərilməsi və ölkədə sahibkarlıq mühitinin daha da gücləndirilməsi məqsədi daşıyır. Tender çərçivəsində il ərzində 4 ideaton, 4 startap məktəbi və 2 inkubasiya proqramının həyata keçirilməsi nəzərdə tutulur. Proqram iştirakçıları innovasiya, sahibkarlıq, məhsul inkişafı, marketinq, maliyyə və investisiya sahələrində bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin GitHub kimi açıq mənbə platformalarının imkanlarından yararlanmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, bu tender İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yenidən təşkilatlanmasından sonra elan edilən ən böyük və ən əhatəli tenderdir. 

Tender üzrə müraciətlər Dövlət satınalmalarının vahid internet portalı (E-tender) üzərindən qəbul edilir.

Paylaş