Vüsal Xəlilov: Nağdsız ödənişlərdə böyük irəliləyiş əldə olunub

Vüsal Xəlilov: Nağdsız ödənişlərdə böyük irəliləyiş əldə olunub

Bu il nağdsız ödənişlər sahəsində böyük irəliləyiş əldə olunub, kartlarla aparılmış nağdsız ödənişlərdə 66 faiz artım olub.

Startup.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Vüsal Xəlilov Bakıda keçirilən Beynəlxalq Bankçılıq Forumunda deyib.

“14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 ödəniş operatoru Mərkəzi Bank tərəfindən lisenziya əldə edib. Bu proses təşkilatların nəzarət subyekti olaraq daha dayanıqlı olmasını və vətəndaşların, ümumiyyətlə maliyyə sektorunun qorunmasını hədəfləyir. Açıq bankçılıq və açıq maliyyə təşəbbüsü inkluziv və şəffaf və effektiv bir maliyyə sisteminin yaradılmasını nəzərdə tutur. Bu yanaşma banklar, fintexlər üçün yeni imkanlar yaradır. Banklar üçün bu, yeni gəlir mənbələri, optimallaşdırılmış xidmətlər və təkmilləşdirilmiş müştəri təcrübələri verir”, - deyə baş direktor əlavə edib.

 

 
 
 
 

Biz

Paylaş