Yeni nəsil kassa aparatları ilə dövriyyə 15 faizə yaxın artıb
2025-ci ildə Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 28 milyard 162 milyon manat olub.
Startup.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 14,8 % çoxdur.
İndiyə qədər Azərbaycan ərazisində 110 518 ədəd yeni nəsil NKA quraşdırılıb.
"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.