Türkiyənin Azərbaycana yatırdığı investisiyalar Azərbaycanın Türkiyəyə yatırımlarını üstələyib

Türkiyənin Azərbaycana yatırdığı investisiyalar Azərbaycanın Türkiyəyə yatırımlarını üstələyib

Ötən il Türkiyənin Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyalar 1,219 milyard ABŞ dolları təşkil edib.

Startup.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, investisiyaların həcmi illik müqayisədə 6,4 % və ya 83,394 milyon ABŞ dolları azalıb.

Azərbaycandakı birbaşa xarici investisiyaların ümumi həcmində Türkiyə yatırımlarının payı 17,3 % təşkil edir.

Öz növbəsində, Azərbaycan ötən il Türkiyə iqtisadiyyatına birbaşa 248,957 milyon ABŞ dolları (-86,28%) sərmayə qoyub. Azərbaycan yatırımlarının birbaşa xarici investisiyaların ümumi həcmindəki payı % təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları (illik 5,83 % artım) təşkil edib.

2023-cü ildə Türkiyədən Azərbaycana yatırılan birbaşa investisiyaların həcmi 1 milyard 302 milyon ABŞ dolları, ölkəyə birbaşa investisiyaların ümumi həcmi isə 6 milyard 658 milyon ABŞ dolları olub. Bu dövrdə Azərbaycan Türkiyəyə birbaşa 1 milyard 815 milyon ABŞ dolları investisiya yatırıb, Azərbaycanın xarici ölkələrə birbaşa investisiyalarının ümumi həcmi isə 3 milyard 117 milyon ABŞ dollar təşkil edib.

Paylaş