Türkiyə şirkəti 4.5 milyon dollarlıq investisiya alıb

Türkiyə şirkəti 4.5 milyon dollarlıq investisiya alıb

FERASET istifadəçilərə yönəlik süni intellektlə dəstəklənən mobil tətbiqlər inkişaf etdirən şirkətdir. Şirkət dizayn, video, musiqi, fotoqrafiya və digər faydalı alətlər sahələrində tətbiqlər təqdim edir. Hazırda aylıq 2 milyon yükləmə sayına çatan FERASET Hexa, Livensa, Aura və Music AI kimi tətbiqləri ilə diqqət çəkir.

Startup.az xəbər verir ki, şirkətin yaradıcısı və CEO'su H. Burak Demir Play Ventures və e2vc tərəfindən aldığı 4,5 milyon dollarlıq ilkin investisiya ilə bağlı olaraq, bu investisiyanın süni intellekt sahəsindəki innovasiyaları irəlilətmək, əməliyyatları genişləndirmək və qabaqcıl məhsulları qlobal bazara təqdim etmək üçün istifadə ediləcəyini qeyd edib.

Bu investisiya ilə FERASET komandasını genişləndirməyi, yeni süni intellekt tətbiqləri inkişaf etdirməyi və mövcud portfelini artırmağı planlaşdırır. 

Paylaş