Türk Dünyasının Ən Böyük Oyun Hakatonu Başlayır!

Türk Dünyasının Ən Böyük Oyun Hakatonu Başlayır!

Oyun sənayesinin inkişafına töhfə vermək və türk regionundakı istedadlı oyun tərtibatçılarını bir araya gətirmək məqsədilə "Turkic Game Jam 2025" (TGJ) hakatonu keçiriləcək. "Gamepons" şirkətinin təşkilatçılığı və "Türk Oyun Tərtibatçıları Assosiasiyasının" (TuGDA) təşəbbüsü ilə baş tutacaq bu beynəlxalq tədbir Azərbaycan, Türkiyə, Macarıstan, Özbəkistan və Qazaxıstanda eyni anda baş tutacaq.

Startup.az xəbər verir ki, Azərbaycan üzrə təşkilatçılar isə "Gamepons", "IGDA Azerbaijan" və "Alas Academy" olacaq.

"Turkic Game Jam 2025" Nədir?

Hakatonun əsas məqsədi oyun tərtibatına marağı olan gənc istedadları bir araya gətirmək və türk xalqlarının mədəni irsini oyunlar vasitəsilə tanıtmaq və inkişaf etdirməkdir.

Tədbir iki əsas mərhələdən ibarət olacaq:

1. Yerli Mərhələ

Açılış mərasimində iştirakçılara xüsusi mövzu elan ediləcək.

Komandalar həmin mövzuya uyğun olaraq 48 saat ərzində işlək oyun prototipi hazırlayacaq.

Təqdim olunan layihələr yerli mütəxəssislərdən ibarət jüri tərəfindən qiymətləndiriləcək.

Hər ölkədən ən yaxşı komanda Böyük Finalda iştirak hüququ qazanacaq.

2. Böyük Final – Bakı 2025

Hər ölkənin yerli mərhələsində qalib gələn komandalar Bakıda bir araya gələrək oyunlarını beynəlxalq səviyyədə təqdim edəcəklər.

Burada oyunlar müxtəlif ölkələrdən olan peşəkar jüri tərəfindən qiymətləndiriləcək.

Final mərhələsində ən yaxşı komanda mükafat uğrunda mübarizə aparacaq.

Gələcək illərdə Böyük Final iştirakçı ölkələr arasında rotasiya ediləcək.

Kimlər iştirak edə bilər?

Hər komanda 2-6 nəfər arasında olmalıdır.

Hər komanda üzvü ferdi şəkildə qeydiyyatdan keçməlidir.

Yerlər məhduddur!

Əgər siz də bu həyəcanverici hakatonda iştirak etmək istəyirsinizsə, www.turkicgamejam.com saytına daxil olun və ölkənizi seçərək qeydiyyatdan keçin!

Bu, Türk dünyasının ən böyük oyun hakatonudur və regionun oyun sənayesində inqilab etməyə hazırdır!

Paylaş