SUP Demo Day-də çıxış edəcək startaplar-Siyahı

SUP Demo Day-də çıxış edəcək startaplar-Siyahı

Hər mövsüm olduğu kimi ənənəsinə sadiq qalan SUP Akselerasiya Mərkəzi startaplar üçün növbəti Demoday-i  oktyabrın  7-də  keçirəcək.

Startup.az technote.az-a  istinadən məlumat verir ki, son seçim mərhələsində 3 startapı akselerasiya proqramına qəbul edən mərkəzin budəfəki  Demoday-i yerli investor və mütəxəssislərin iştirakı ilə keçiriləcək.

Keçən qəbul mərhələsində SUP Akselerasiya Mərkəzinin proqramına qəbul olunan "D'arzi""Propile""Arzoom" startapları Demoday-də öz təqdimatlarını edəcəklər. Hər dəfə olduğu kimi qonaq qismində çıxış edən startaplarla birlikdə bu Demoday-də 8 komanda çıxış edəcək.

Oktyabrın 7-də SUP Akselerasiya mərkəzində baş tutacaq təqdimat saat 10:00-da start götürəcək. Beləliklə, SUP Demo Day-də iştirak edəcək komandalarla sizləri tanış edirik:

1. "Arzoom" - "Augmented reality" istifadəçiləri ilə marketoloqların qarşılaşdıqları problemləri "Argumented reality" texnologiyalarının köməkliyi ilə həll edən platforma.
2. "Propile" - İstifadəçilrin qarşılarına qoyduqları məqsədə çatmağı asanlaşdıran mobil tətbiq.
3. "Finmarket" - Maliyyə portalı.
4. "Obanatur" - Əhaliyə ekoloji kənd təsrüfatı məhsulları təklif edən elektron-ticarət platformasıdır.
5. "Green Baku" - Azərbaycanda təkrar emal əsasında kagız materialları istehsal edən startapdır.
6. "D'ərzı" - Dərzilər ilə müştəriləri birləşdirən elektron platforma.
7. "Ticket setup" - Biletlərin elektron satışını təklif edən platformadır.
8. "Automax" - Sürücülər üçün naviqasiya və digər texniki məlumatları cəmləşdirən cihazdır. 

 Tədbirin rəsmi səhifəsindən ətraflı məlumat ala bilərsiniz.

Paylaş