Startaplar üçün növbəti şans

Startaplar üçün növbəti şans

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə startaplar üçün 2-ci Inkubasiya Programını elan edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, 6 ay müddətində davam edəcək inkubasiya proqramına əsasən İT və İT imkanlı kənd təsərrüfatında innovativ həllər, Virtual Reallıq, Artırılmış Reallıq, Süni Zəka mövzularında layihələr qəbul edilir.

İnkubasiya proqramına seçim prosesi 2 mərhələdən ibarətdir. İlk mərhələdə qeydiyyatdan keçmiş layihələr dəyərləndiriləcək. Seçilmiş komandalar ikinci mərhələdə öz layihələrini biznes plan və təqdimat formasında təqdim edəcəklər. Bu mərhələdən uğurla keçən 10-dək komanda Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcək.

İnkubasiya proqramına müraciət etmək istəyənlər Azercell nömrələrinin balansını 50 AZN-dək artırmalıdır. Hesaba əlavə edilən bu vəsait iştirakçının özünə aiddir. Komandanın 2 və ya daha çox təsisçi üzvü olmalıdır.

Onlar layihələrini sentyabrın 15-dək onlayn şəkildə Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin rəsmi internet səhifəsi ya  bu link vasitəsi iləqeydiyyatdan keçirə bilərlər.

Biznes inkubatorusayılan Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi biznes sahiblərini çoxsaylı faydalı üstünlüklərlə təmin edir. Burada startaplar üçün biznesi tam dəstəkləyən şərait yaradılıb: iştirakçılara mentor dəstəyi, şəbəkə fəaliyyəti, investorlara çıxış imkanı və s.

Eyni zamanda, Azercell və PAŞA Bankdan olan mütəxəssislər startuplara maliyyə konsaltinqi təqdim edir, onlar üçün təlimlər, master klasslar keçirlər. Layihəni həyata keçirmək üçün virtual kitabxana, yüksək sürətli internet və hər növ avadanlıqla təchiz olunmuş ofis də proqram iştirakçılarının ixtiyarına verilir. Bundan əlavə, komanda üzvlərinə pulsuz Azercell nömrəsi və ayda 50 AZN kredit limiti də təqdim olunur.

İnkubasiya proqramının sonunda ən uğurlu iştirakçılar Azercell ilə 5000 AZN dəyərində müqavilə imzalamaq şansı qazana bilərlər. 

Startup.az

Paylaş