Startaplar üçün fürsət- Minimum 100 min dollar dəyərində investisiya
"SABAH.lab” Akselerasiya proqramının 5-ci Kohortuna müraciət qəbulu açıq elan olunub.
Xeberler.az məlumat verir ki, təşkilatçılar “Ən dəyərli oyunçu” (MVP) səviyyəsində məhsulu olan startap komandalarını təlimlər, mentorluq, kouçinq və başlıcası maliyyə dəstəyi verərək investisiyaya hazır vəziyyətə gətirməyə hazırlaşır. Akselerasiya təcrübələrinə daha çox dəyər qatmaq üçün proqram şərtlərinə yenilik edilib. Belə ki, proqramın sonunda seçilmiş rezident startaplar SABAH tərəfindən minimum 100.000 dollar dəyərində investisiya alacaqlar.
“Baku ID”dəki investisiya uğurunu nəzərə alaraq, artıq budəfəki Kohortun proqram müddətində SABAH.lab komandası rezident startaplara yerli və xarici şəbəkələrdən daha çox investisiya fürsəti yaradacaq.
Müraciət üçün tələb olunanlar:
- İdeya barədə təqdimat; (“Pitch Deck”)
- Maliyyə proqnozu; (“Business projection”)
- Startapı izah edən video (maksimum 3 dəqiqə).
Qeyd edək ki, müraciət üçün MVP səviyyəsi və komandanızın olması mütləqdir (ideya mərhələsində olan, həmçinin komandasız müraciətlər uyğun sayılmayacaq). Komandanın CEO və bir neçə üzvünün ingilis dilində özünü rahat ifadəetmə bacarığı tələb olunur. Müraciətin cavabları yalnız ingilis dilində qəbul olunur.
Proqramda iştirak üçün yerlərin sayı məhdudur. Startapınızın inkişafını sürətləndirəcək proqrama müraciət üçün link: http://bit.ly/RegisterAcceleration
Son müraciət tarixi oktyabrın 15-dəkdir.