Startap müsabiqələrinin təşkili müzakirə edilib
Bu gün Bakı Mühəndislik Universitetində Yeni Fikir 2017 Müsabiqəsinin təşkili və startap müsabiqələrin ekosistemin inkişafında rolu ilə bağlı bəzi əhəmiyyətli məqamları müəyyənləşdirmək üçün toplantı keçirilib.
Xeberler.az-ın məlumatına görə, tədbirdə dövlət və özəl sektorun, texnoparkların, Startap Azərbaycan-ın nümayəndələri iştirak edib.
BMU Texnoparkının yeni təyin olunmuş direktoru Samir Məmmədov Yeni Fikir müsabiqəsinin uğurla başa çatması üçün bu prosesdə maraqlı tərəflərin və tərəfdaşların daha aktiv iştirakına ehtiyac duyulduğunu qeyd edib.
O, toplantı iştirakçılarından bu istiqamətdə faydalı təkliflər gözlədiklərini bildirib.
Çıxış edənlər ölkədə startap ekosistemin inkişafında startap müsabiqələrinin də mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Onlar Yeni Fikir Müsabiqəsinin uğurla başa çatması üçün maraqlı təkliflər irəli sürülüb.