Startap layihələrində çalışmaq istəyənlərin nəzərinə

Startap layihələrində çalışmaq istəyənlərin nəzərinə

Bir neçə maraqlı layihələri ilə yaxından tanıdığımız Baba Ağayev yeni startap layihələri üçün təcrübə keçmək istəyən, həvəsli gənclər axtarır.

Belə ki, Vizam.az startapının rəhbəri bununla bağlı 3 aylıq təcrübə proqramı elan etdiklərini açıqlayıb.

O qeyd edib ki, hazırda səyahət ilə bağlı bir neçə startap və ideya (Vizam.az, PostcARds, Tripanema, Travelers Nirvana, Tripparo və s.) üzərində çalışırlar.

B. Ağayevin sözlərinə görə, Vizam.az startapı artıq 2 ildən çoxdur ki, fəaliyyət göstərir və digər bir neçə ideyalarını reallaşdırmaq mərhələsindədirlər:

“Müxtəlif layihələrimizin reallaşması prosesində əməliyyatlar üzrə 4 yeni təcrübəçiyə (Operations Interns) ehtiyac duyuruq. Bu səbəbdən növbəti 3 aylıq Təcrübə Proqramımızı elan edirik”.

Ümumi Tələblər:
1. Oz pasportunda arzuladığı bütün vizaları müştərinin pasportunda reallaşdırmalıdır.
2. Komandanı, komanda işini sevməlidir. Komanda da kiminsə ad günü olanda, “siz mənim də tort payımı yeyin, mən müştərini yola salaram” deməyi bacarmalıdır. 
3. Səyahəti sevməlidir. Əşya dolu evdənsə, viza dolu pasportu üstün tutmalıdır. GoPro ilə yatıb, Dron səsi ilə durmalıdır. Kempinqdən, trekkinqdən zövq almalıdır. İnstagramında müxtəlif ekzotik ölkələrdən məsələn Kubadan şəkilləri olmalıdır. Yaxşı, Qubadan da olsa olar.
4. Rus dilli müştəridən gələn zəngə "Po russki ni gavaru" deməməlidir, Lazım gələndə "Of course, I can speak even in English" deməlidir.
5. Yaş fərqi yoxdur. Özünü Everestə çıxacaq, Bungee Jumping edəcək yaşda hiss edən hərkəs müraciət edə bilər. Xaiş edirik, “Bungee Jumping”-in nə olduğunu bilməyənlər müraciət etməsin. Xaiş sözündə “h” hərfinin olduğunu tutmayanlar da müraciət etməsin.
6. Prinsipial olmalıdır. Almaniyaya səyahət vizası üçün zəng edən müştəriyə Kanada təhsil vizası sata biləcək qədər. Amerikaya səyahət edəcək şəxsi yolüstü Yaponiyaya düşürdəcək qədər. 
7. Kvant Fizikası, Qeyri-Səlis Məntiq Nəzəriyyəsi, Esperanto dili bilməsə də olar. Heç təcrübə də lazım deyil. Əsas ürəydi. 
8. Universitetdə hamının əvəzinə gedib müəllimlə danışan tələbələri axtarırıq. İl boyu oxuyanları deyil, imtahana 1 gün qalmış oxuyub 5 alanları. O hamının paxıllıq etdiyi “Dvijeniyalı” qonşunun uşaqlarını. 
9. Viza ərizələrinin üzərində Şerlok Holms, müştəri ilə görüşlərdə isə Tyrion Lanister olmalıdır. Çətin vəziyyətlərdən Maykl Skoffild kimi çıxmağı bacaranları axtarırıq.
10. “Məni çətin seçərlər” deyənləri deyil, “əsl məni axtarırlar” deyənləri axtarırıq.

Təcrübə proqramı ödənişsizdir. Müəyyən bonuslar verilir. Özüm şəxsən və bütün komandamız seçilmiş internlərin effektiv təcrübə qazanmasına çalışacıq. 3 ayın sonunda uğurlu olan təcrübəçilər şirkətdə qalıb, ödənişli əsasla işə qəbul olunur.

Maraqlı şəxslər coolinternship@vizam.az email adresinə “2017 Interns” başlığı ilə CV və İstək Məktublarını yollaya bilər. Müraciətlər 5 Oktyabr, 2017 saat 18:00-a kimi qəbul olunur. Daha tez müraciət edənlərə üstünlük veriləcək.

Startup.az

 

Paylaş