Startap Günlərinə hazırlıqlarla bağlı görüş keçirilib

Startap Günlərinə hazırlıqlarla bağlı görüş keçirilib

 

Məlum olduğu kimi, fevralın 23-24-də Qərbi Kaspi Universitetində Startap Günləri keçiriləcək.

Universitetdə Startap Günlərinə hazırlıqlar davam edir.

Xeberler.az-ın məlumatına görə, bu gün Universitetdə Startap Günlərinə hazırlıqlarla bağlı  ilə bağlı tələbələrlə növbəti görüş keçirilib.

Belə ki, görüşdə Azərbaycan İnternet Forumunun prezidenti, Startap Azərbaycan Təşkilat Komitəsinin rəhbəri Osman Gündüz, Mühəndislik fakültəsinin dekanı Natiq Paşa, Qərb Universiteti texnoparkının rəhbəri Kamran İmaməliyev iştirak edib.

Görüşdə tələbələrə Startap Günləri çərçivəsində keçiriləcək tədbirlər və Proqram haqda ətraflı məlumat verilib.

Yaxın vaxtda Qərbi Kaspi Universitetində Startap Günlərinə hazırqla bağlı ətraflı məqalə dərc edəcəyik.

Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi, Startap Azərbaycan , Qərbi Kaspi Universiteti (Western Caspian University), YTP və İT-nin İnkişafı Dövlət Fondunun təşkilatçılığı ilə baş tutan Startap Günləri layihəsinin Qərbi Kaspi Universiteti ilə yanaşı, Bakı şəhərində, Naxçıvanda və regionlarda fəaliyyət göstərən digər Universitetlərdə də keçirilməsi nəzərdə tutulub.

 

Paylaş