“S&P Global” Azərbaycanda növbəti 2 il üçün inflyasiya proqnozunu açıqlayıb

“S&P Global” Azərbaycanda növbəti 2 il üçün inflyasiya proqnozunu açıqlayıb

“S&P Global” beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 4 % səviyyəsində proqnozlaşdırır.

Startup.az agentliyə istinadən xəbər verir ki, 2026-cı ildə ölkədə inflyasiya 3 %-ə qədər azalacaq.

İqtisadiyyat Nazirliyi ölkədə illik inflyasiyanı 2025-ci ildə 4.6 %, 2026-cı ildə 4 % səviyyəsində gözləyir. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2025-ci ilin yanvarında) görə, bu il inflyasiya 5.5 %, 2026-cı ildə isə 3.8 % olacaq.

Öz növbəsində, Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanda inflyasiyanın bu il 3.6 %, 2026-cı ildə isə 3.1 % təşkil edəcəyini proqnozlaşdırır. Niderlandın “ING Group”u ölkədə istehlak qiymətlərinin 2025-ci ildə 4.8 %, 2026-cı ildə isə 4.7 % artacağını gözləyir.

Xatırladaq ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2.2 % təşkil edib. 2025-ci ilin yanvar ayında istehlak qiymətləri 5.4 % artıb.

Paylaş