Qrant alan startaplarla müqavilə bağlanıb
Məlumat verdiyimiz kimi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun növbəti qrant müsabiqəsində 21 layihə qalib oldu.
Belə ki, bu layihələrə ümumilikdə 242 min AZN qrant vəsaiti ayrılıb.
Fond ilə layihə rəhbərləri arasında qeyd edilən maliyyənin əldə edilməsi üçün rəsmi müqavilələr bağlanıb.
Fonddan Xeberler.az-a verilən məlumata görə, artıq bu proses başa çatıb. Layihə rəhbərləri ilə bağlanan müqavilələr müvafiq icra qurumlarına göndərilib.
Qeyd edək ki, fiziki şəxslərlə bağlanmış müqavilələr Ədliyyə Nazirliyinə, hüquqi şəxslərlə bağlanan kommersiya müqavilələr isə İqtisadiyyat Nazirliyinə göndərilib.
Bu il sayca beşinci olan bu qrant müsabiqəsinə ümumilikdə 172 layihə təqdim olunub.
Bu layihələrdən 150-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub.
Kompleks ekspertizaya təqdim olunan 150 layihədən isə 71-i müsbət rəy alıb.