“Payriff” QSC təşkilati-hüquqi formasını dəyişməsinə görə qiymətli kağızları dövriyyədən çıxarılır

“Payriff” QSC təşkilati-hüquqi formasını dəyişməsinə görə qiymətli kağızları dövriyyədən çıxarılır

“Payriff” Qapalı Səhmdar Cəmiyyəti (QSC) təşkilati-hüquqi formasını dəyişdirərək Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilməsi prosesinə başlayıb.

Startup.az bildirir ki, şirkətin bununla əlaqədar olaraq, sahib olduğu Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydiyyata alınmış dövlət qeydiyyat nömrəsi AZ1001023279 olan 2.00 AZN nominal dəyərli, ümumi 1,226,250 sayda səhmləri dövriyyədən çıxarılır..

Qeyd edək ki, “Payriff” QSC Azərbaycanda ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən şirkətlərdən biridir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş şirkətə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 31 iyul 2024-cü il tarixli qərarı ilə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək üçün müddətsiz lisenziya verilmiş və o, elektron ödənişlər, ödəniş sistemləri və maliyyə texnologiyaları sahəsində ixtisaslaşıb.

Şirkət "Payriff" veb-saytı və “Payriff” mobil tətbiqi vasitəsilə biznes subyektlərinə innovativ ödəniş həlləri təqdim edir. Əsas məqsədimiz, bizneslərin fəaliyyətinin fasiləsizliyini təmin edərək onlara etibarlı və səmərəli maliyyə alətləri təqdim etməkdir.

“Payriff” QSC, Azərbaycanın aparıcı ödəniş və maliyyə xidmətləri şirkətlərindən biri olmağı hədəfləyir. Müştərilərinə təhlükəsiz, innovativ və rahat maliyyə həlləri təqdim etməyə çalışan şirkət, yerli bazarda startap kimi fəaliyyətə başlasa da, qlobal arenada da Pakistan və BƏƏ-də aktiv fəaliyyət göstərməklə yanaşı digər ölkələrdə də fəaliyyətə başlamağı planlaşdırır.

Xatırladaq ki, “Payriff” QSC təsis edilən zaman nizamnamə kapitalının həcmi ilkin olaraq, 2 min manat həcmində müəyyənləşdirilib. 2024-cü ilin

sentyabr ayında isə şirkət nizamnamə kapitalını 2 milyon 452 min 500 manata qədər artırıb.

Şirkət mütəmadi olaraq öz müştərilərini və maraqlı tərəfləri bu barədə məlumatlandırmaq, həmçinin bütün hüquqi prosedurların düzgün həyata keçirildiyini bildirmək məqsədilə amətbuatda məlumat yayımlayır.

Paylaş