NEXT STEP-də finala çıxan startaplar açıqlandı

NEXT STEP-də finala çıxan startaplar açıqlandı

Dünən NEXT STEP İnnovasiya Mərkəzinin 5-ci “Öz İdeyanı Gerçəkləşdir!” Layihə Müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.

Mərkəzdən Xeberler.az-a verilən məlumata görə, yarımfinalda təqdimat edən layihələri münsiflər heyəti dinləyib və müvafiq olaraq qiymətləndirib.

Yarımfinal nəticələrinə görə aşağıda qeyd olunan komandalar final mərhələsinə buraxılıb:

  • Expander+
  • NewTimeBox
  • Scylla
  • Lunchify Express

Məlumata görə, final mərhələsi isə müsahibə formasında olacaq. Belə ki, bu prosesdə əsasən layihə komandasına və biznes plana görə qiymət veriləcək.

Yanvar ayından elan olunan müsabiqəyə 75 layihə müraciət edib, onlardan 23-ü yarımfinala buraxılıb.

Paylaş