Mikayıl Cabbarov Liberman qardaşları ilə görüşüb
Mikayil Cabbarov beynəlxalq texnologiya təşəbbüskarları Daniil və David Liberman ilə görüşüb.
Startup.az xəbər verir ki, görüş zamanı süni intellekt (AI) və hesablama infrastrukturunun inkişafı, həmçinin mərkəzləşdirilməmiş texnologiyaların tətbiqi imkanları müzakirə olunub.
Nazir Cabbarov bildirib ki, Azərbaycan Sİ sahəsində strateji inkişafı gücləndirməkdə maraqlıdır və ölkə həm milli, həm də regional əməkdaşlıq imkanlarına açıqdır. Mərkəzi Asiya, Körfəz ölkələri və Türkiyə ilə əməkdaşlıq perspektivləri görüşdə əsas mövzular arasında olub.
Qeyd edək ki, Liberman qardaşları texnologiya və startap sahəsində tanınmış sahibkarlardır. Onlar “Libermans Co.” vasitəsilə beynəlxalq layihələrdə fəaliyyət göstərir və Snap Inc. və digər innovativ startaplarda məhsul və texnologiya rəhbərliyi sahəsində təcrübəyə malikdirlər. Qardaşlar mərkəzləşdirilməmiş texnologiyaların və süni intellekt həllərinin tətbiqi sahəsində strateji təşəbbüsləri ilə də tanınırlar.