Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) sabah 2025-ci il üçün ilk dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.
Startup.az AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq.
Faktiki inflyasiyanın hədəf diapazonu daxilində olduğunu (4%±2) nəzərə alaraq AMB-nin uçot dərəcəsini yenidən sabit saxlayacağı gözlənilir.
Qeyd edək ki, yanvarın 17-də “Fitch Ratings” beynəlxalq reytinq agentliyi xarici qeyri-müəyyənlik, idarə olunan qiymətlərdə artımlar, ev təsərrüfatları və hökumət istehlakından daxili tələb təzyiqləri riskini nəzərə alaraq AMB-nin əlavə dərəcə endirimləri etməyəcəyini proqnozlaşdırıb