MDB bankları getdikcə daha çox beynəlxalq kapital bazarına üz tutur

MDB bankları getdikcə daha çox beynəlxalq kapital bazarına üz tutur

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrin bankları uzunmüddətli sabit maliyyələşdirmə üçün getdikcə daha çox beynəlxalq kapital bazarına üz tutur, investorların da bu dövlətlərə marağı artır.

Startup.az xəbər verir ki, bunu “Moody's” beynəlxalq reytinq agentliyi bəyan edib.

Agentliyin hesabatına əsasən, Azərbaycan (Ba1 müsbət) və Ermənistan (Ba3 sabit) banklarının topdansatış maliyyələşdirməsi əsasən beynəlxalq qurumlardan ikitərəfli maliyyələşdirməyə əsaslanır: “Yeni emissiyalara baxmayaraq, güman ki, bu vəziyyət belə davam edəcək. Banklar üçün risklər ümumiyyətlə topdansatış borclarının kiçik miqyasına görə aşağı olsa da, onlar milli qurumların və tənzimləyici nəzarətin gücündən asılı olacaq. MDB bankları hökumətlərin şaxələndirilmə üzrə gündəliklərini maliyyələşdirmək üçün getdikcə daha çox beynəlxalq bazarlara üz tuturlar. İqtisadi artım fonunda yerli bankların investisiya kreditləri təmin etməsi üçün artan imkanlar var. Lakin təşkilata üzv ölkələrin qısamüddətli yerli maliyyələşdirmə modelləri hazırda onların iştirakını məhdudlaşdırır və onları uzunmüddətli maliyyələşdirmə axtarmağa məcbur edir”.

“Moody's”in ekspertləri hesab edirlər ki, MDB-yə üzv dövlətlərin hökumətləri yerli iqtisadiyyatların maliyyələşdirilməsi ehtiyacı fonunda milli büdcələrə hazırkı təzyiq səbəbindən bank maliyyələşdirmə modellərinin təkmilləşdirilməsini dəstəkləyirlər: “Monetar və iqtisadi şərait MDB banklarının topdansatış borclanması üçün əlverişlidir. MDB maliyyə qurumları qlobal faiz dərəcələrinin azalması, yerli iqtisadiyyatların və valyutaların sabitliyinin yaxşılaşması fonunda topdansatış borclanmaya marağı artırıblar. MDB iqtisadi artımı həmçinin xarici borclanmalar üçün risk mükafatlarını və maliyyələşdirmə xərclərini azaldır”.

Paylaş