İxrac icmalının fevral ayı üçün ilkin rəqəmləri açıqlanıb

İxrac icmalının fevral ayı üçün ilkin rəqəmləri açıqlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın fevral ayı üçün ilkin rəqəmlərini təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artaraq 245,8 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar ayında yeyinti məhsulları 19,7% artaraq 84,2 milyon ABŞ dollarına bərabər olub.

Startup.az xəbər verir ki, 2025-ci ilin yanvar ayında aqrar məhsullar 10,4% artaraq 64,8 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 44,3% artaraq 22,2 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,5% artaraq 87,1 milyon ABŞ dolları təşkil edib.

Cari ilin birinci ayında qara metallar və ondan hazırlanan məmulatlar 2,8 dəfə, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 34,9%, alkoqollu və alkoqolsuz içkilər 39,2%, üzvi kimyəvi birləşmələr 52,4% artıb.

Paylaş