İş elanlarında ən çox axtarılan startaplar
Linkedin iş axtaran şəxslərin ən çox çalışmaq istədikləri 50 startap şirkətin adını açıqlayıb.
Xeberler.az haberturk-ə istinadən insanların işləmək arzusunda olduğu şirkətləri təqdim edir:
İlk sırada Uber şirkəti var. Belə ki, əksər insan yeni nəsil taksi xidməti təklif edən bu şirkətdə çalışmaq istəyir.
İkinci sırada isə Airbnb yer alıb. Qeyd edək ki, bu servis onlayn ev və otaq kirayə etmək imkanı verir.
Növbəti yerdə WeWork startapı yer alıb. Bu startap da birgə çalışmaq üçün məkanları təqdim edir.
4-cü sırada Lyft, 5-ci yerdə Slack, 6-cı sırada NIO, 7-ci sırada Rubrik, 8-də Dropbox, 9-da Houzz, 10-cu sırada isə Convoy şirkəti yer alıb.
Araşdırmanın davamı ilə ətraflı buradan tanış ola bilərsiniz.