Influencer Day-də nələr olacaq?

Influencer Day-də nələr olacaq?

Məlumat verdiyimiz kimi, sentyabrın 30-da Bakıda, Dreamland-də son zamanların trendi olan influencer marketinqinə həsr edilmiş tədbir keçiriləcək.

Xatırladaq ki, Influencerlər sosial mediada yaranan fikirlərə əsas istiqamət verənlər hesab olunur və buna görə də brendlər öz kommunikasiya layihələrinə inlfuencerləri cəlb etməklə ciddi uğurlar qazanırlar.

Bloqerlər, məşhurlar, jurnalistlər, müxtəlif sahələr üzrə ekspertlər, sosial aktiv insanlar, ictimai xadimlər və digər auditoriya sahiblərini influencer adlandırmaq olar.

Regionda ilk dəfə keçiriləcək tədbirin əsas məqsədi brend və influencerləri bir araya gətirmək və onları əməkdaşlığa təşviq etməkdir.

150 nəfərə yaxın şəxsin iştirak edəcəyi Influencer Day-ə qonaqlar xüsusi dəvətnamə ilə qatılacaqlar. Bu qonaqlara top influencerlər, brend sahibləri, marketinq və PR mütəxəssiləri, media nümayəndələri və şirkət rəhbərləri daxildir.

Rəsmi hissədə Sosial Era marketinqi, Keepface Influencer Marketing platforması,  Influencer və data analizi haqqında maraqlı təqdimatlar ediləcək.

Daha sonra isə qonaqları maraqlı panel müzəkirəsi gözləyir. Müzakirələr zamanı qonaqlar onları maraqlandıran sualları panel iştirakçılarına ünvanlaya biləcəklər. Tədbirin ən əhəmiyyətli hissəsi isə influencerlərin mükafatlandırılması olacaq. Onlar öz influencer fəaliyyətləri və brendlərlə  əməkdaşlıq haqqında təəssüratlarını bölüşəcəklər.

Tədbir Dreamland country & life-da yerləşən villalara, qolf meydançasına tur ilə davam edəcək. Daha sonra qeyri-rəsmi hissə başlayacaq. Burada isə qonaqlar şam yeməyinə dəvət olunacaq.

Influencer Day Baku  tədbirinin təşkilatçıları Keepface DMCC və Dreamland Country & Life şirkətləridir. Həmçinin Hooki Cafe, Az-Granata, Chelebi və Vitam şirkətləri tədbirin həyata keçirilməsində dəstək olurlar.

Startup.az

                                                          

Paylaş