İKT sahəsində fəaliyyət göstərən şirkətlərin nəzərinə

İKT sahəsində fəaliyyət göstərən şirkətlərin nəzərinə

Bakıda fəaliyyətə başlayacaq Türkiyənin texnologiya və innovativ həllər təklif edən şirkətləri ilə yerli sahibkarlar arasında “B2B” görüş təşkil ediləcək.
 
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (#KOBİA) və Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (Kosgeb) tərəfdaşlığı, Bilişim Vadisi Bakı və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə keçiriləcək görüşün əsas məqsədi iki ölkə sahibkarları arasında əməkdaşlığın inkişaf etdirilməsidir.
 
13 iyul tarixində, saat 14:30-da “Point Hotel Baku”da (Bakı şəhəri, Kazım Kazımzadə küç.,118/560) keçiriləcək görüşdə texnologiya və innovativ həllər təklif edən türk şirkətləri ilə biznes və əməkdaşlıq əlaqələri qurmaq və ortaq layihəyələr icra etmək istəyən yerli sahibkarlar iştirak edə bilərlər.
 
Ətraflı məlumat və qeydiyyat üçün aşağıdaki linkə keçid edə bilərsiniz: https://forms.gle/TkzxaBcPGw45dt2NA
 
Əlaqə telefonu: (+994) 51 230 39 35
 
Qeyd: görüşdə yalnız qeydiyyatdan keçmiş və iştirakı təsdiq edilmiş sahibkarlar iştirak edə bilərlər.

Paylaş