İİTKM-də Qas Ticarət və Sənaye Palatası üzvləri ilə görüş keçirilib

İİTKM-də Qas Ticarət və Sənaye Palatası üzvləri ilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Türkiyənin Qars Ticarət və Sənaye Palatası üzvlərinin Azərbaycana səfəri çərçivəsində görüş keçirilib.

Startup.az xəbər verir ki, görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin artırılmasının yolları haqqında danışıb. Eyni zamanda o, işğaldan azad olunmuş ərazilərdə mövcud olan investisiya imkanları və dövlətin iqtisadi təşviq alətləri haqqında geniş təqdimatla çıxış edib.

İİTKM-in operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov isə Azərbaycan məhsullarının ixracı və xarici ticarət tərəfdaşları ilə əlaqələrin qurulmasında portalın rolu barədə məlumat verib. O, “azexport.az” saytında təqdim olunan xidmətlər, xarici bazarlara çıxış üçün sahibkarlara göstərilən dəstək barədə danışıb. Türkiyənin Qars Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Kadir Bozan və
nümayəndə heyətinin digər üzvləri Qars vilayətində təmsil etdikləri biznes qurumları barədə məlumat verib və Azərbaycanla biznes və ticarət əlaqələrinin inkişafında maraqlı olduqlarını ifadə ediblər.

Paylaş