Google-un rəsmisi Bakıya gəlir
Məlumat verdiyimiz kimi, ABŞ səfirliyinin dəstəyi ilə WoWoman platforması ölkəmizdə ilk dəfə mentorluq proqramı "WoWoman in Me" həyata keçirib.
Sentyabr ayında başlayan proqram artıq başa çatıb.
Xeberler.az-ın məlumatına görə, noyabrın 4-də layihənin bağlanış mərasimi baş tutacaq.
Belə ki, konfransda proqram barədə hesabat veriləcək və yeni fəaliyyət planlarını açıqlanacaq.
Tədbir media nümayəndələri, tanınmış simalar, təlimçilər, səfirliklər və nazirliklərin, dövlət qurumları və özəl sektorun təmsilçilərini bir araya gətirəcəyik.
Tədbirin gündəliyində “Qeyri-formal təhsilin və biznesin xanımların inkişafında rolu” mövzularında iki panel müzakirəsi nəzərdə tutulub.
Müzakirələrin spikerləri qismində ABŞ Səfirliyinin Təhsil üzrə mütəxəssisi Ramina Mürşüdova və İctimaiyyətlə əlaqələr üzrə sədri Caroline Savage, P&G şirkətində Brand Manager Əliyar Hüseynov, ADBTİA-da Rektorun məsləhətçisi Şəms Mustafayeva, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov, PAŞA Bankın Marketing Direktoru Sona Abbasova, Microsoft şirkətinin ölkəmizdə direktoru Sərxan Həşimov və YARAT incəsənət məkanının PR və Kommunikasiya üzrə sədri Hökümə Kərimova çıxış edəcək.
Onu da qeyd edək ki, tədbirə xüsusi qonaq kimi Google-dan Nina Levchuk dəvət olunub. Levchuk mentorluq mövzusunun əhəmiyyətindən bəhs edəcək.
Nina Levchuk Google-un Mərkəzi və Şərqi Avropa üzrə meneceri vəzifəsini icra edir.
Bundan əlavə, Avropa Birliyinin ölkəmizdəki nümayəndləiyinin təmsilçisi Denis Daniilidis də “Stereotipləri qırmaq” mövzusunda çıxış edəcək.