Google səhiyyə ilə bağlı startapı satın aldı
Yeni xidmətin köməyilə istifadəçilər evdən çıxmadan əsas kliniki müayinələri keçə biləcəklər.
ABŞ-ın Vaşinqton Universitetinin kompüter texnologiyaları üzrə eksperti Şvetak Patel “Senosis Health” adlı startapını Google şirkətinə satıb.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, daha əvvəl bir neçə startapını Belkin International və Searskimi şirkətlərə satıb. 2011-ci ildə dörd alimlə birgə “Senosis Health” xidmətini yaradan Patel “dahilər üçün qrant” adlandırılan Mak-Artur təqaüdünü qazanıb.
“Senosis” və müasir smartfonlara quraşdırılmış xüsusi sensorların köməyilə istifadəçi ağciyərin funksiyasını və hemoqlobinin səviyyəsini müəyyən edə bilər ki, bu da evdən çıxmadan əsas kliniki müayinələri keçməyə imkan verəcək.
Hazırda “Senosis” layihəsi üzərində Pateldən başqa daha on alim işləyir. Google-un “Senosis Health” startapını əldə etmək üçün ödədiyi məbləğ açıqlanmır.
Startup.az