Gəncədə keçirilən startap müsabiqəsinin qalibləri
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ötən ay PAŞA Bank və Azərbaycan Texnologiya Universiteti ilə birlikdə Gəncə şəhərindəki startaplar üçün elan etdiyi "Ganja Big Idea Competition" müsabiqəsinin qalibləri bəlli olub.
Xeberler.az-ın məlumatına görə, Gəncə şəhərində təşkil edilən müsabiqəsinin 16 oktyabrda final mərhələsi keçirilib. Finalda 10 komanda iştirak edib. Öz ideyalarını hakim heyətinə təqdim edən komandalar biznes-planla birlikdə 10 dəqiqə ərzində çıxış ediblər.
Beləliklə, “Ganja Big Idea Competition" ideya müsabiqəsinin qalibləri: 1-ci yer “BioBone” layihəsi , 2-ci yer “Sevimli ixtisasım” , 3-cü yer “HolaDost” .
Qalib gələn komandalar aşağıdakı hədiyələrlə mükafatlandırılıblar.
1-ci yer – 500 AZN dəyərində hədiyyə kuponu
2-ci yer – 300 AZN dəyərində hədiyyə kuponu
3-ci yer – 200 AZN dəyərində hədiyyə kuponu
Eyni zamanda müsabiqədə iştirak edən uğurlu layihələrə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi inkubasiya və digər əməkdaşlıq xidmətləri təklif edilib.