Donald Trampın qızı Azərbaycan startapını yüksək qiymətləndirib-Video

Donald Trampın qızı Azərbaycan startapını yüksək qiymətləndirib-Video

Məlumat verdiyimiz kimi, hazırda  Hindistanda Qlobal Sahibkarlıq Sammiti keçirilir. Belə ki, sammit  Donald Trump-ın qızı İvanka Trump-ın iştirakı ilə  baş tutur.

Ölkəmizi sammitdə 15 yaşlı həmyerlimiz Reyhan Camalova "Rainergy” startapı ilə  təmsil edir.

Xatırladaq ki, ötən il də bu sammitdə  Azərbaycanı xanım həmyerlimiz Leyla Tağızadə təmsil etmişdi. L. Tağızadə hazırda Reyhan Camalovaya mentorluq edir.

Startup.az-ın məlumatına görə, ötən gün sammitin açılışı olub.

Sammitdə çıxış edən qızı İvanka Trump  Reyhan Camalovanın startap layihəsini yüksək qiymətləndirib.

Bu barədə saytımıza Reyhan Camalova məlumat verib.

Tramp çıxışında qeyd edib ki, Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətinin yaratmaqdan çəkindirmədi:

“Reyhanın güclü bir şüarı var – “Hər dəfə bir evi işıqlandır.” Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm. Lütfən, ayağa qalx.”

Məlumat verdiyimiz kimi, sammit çərçivəsində startaplar üçün GİST müsabiqəsi də təşkil edilir. Belə ki, bu müsabiqədə dünyanın müxtəlif ölkələrindən olan startap layihələri yarışır.

Qeyd etdiyimiz kimi, Reyhan Camalovanın layihəsi də GİST-in  yarımfinalçıları arasındadır. O, Startup.az-a bildirib ki, bu gün o, ekspertlər və investorlar qarşısında layihəsinin təqdimatını edəcək.  Finala qalanlar isə isə 40 min dollar uğrunda yarışacaq.
 

Video burada.
 

Startup.az

 

 

Paylaş