Daha 7 quruma Startap şəhadətnaməsi verilib

Daha 7 quruma Startap şəhadətnaməsi verilib

Xeberler.az bildirir ki, bu gün startap şəhadətnamələrinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti toplantısı keçirilib.
 
Toplantıda Startap şəhadətnaməsi almaq üçün "KOBİA" -ya sənəd təqdim edən 10 sahibkarlıq subyektinin müraciətinə baxılıb. İddiaçıların səlahiyyətli nümayəndələri qısa müddətli təqdimatlar ediblər.
 
Ekspertlər Şurasının qiymətləndirilməsi əsasında 7 quruma Startap şəhadətnaməsinin verilməsi tövsiyyə edilib.
 
Şəhadətnamələr Ekspertlər Şurasının rəyi əsasında KOBİA tərəfindən veriləcək.
 
Qeyd edək ki, Ekspertlər Şurası ilk dəfə olaraq dini məzmunda olan JUMMA startap komandasının da Şəhadətnamə üçün müraciətinə baxıb.
 
Bu startap Məscidlərin vahid rəqəmsal platformada birləşdirilməsi, Cümə namazının vaxtı ilə bağlı bildirişlər göndərilməsi, ianələrin qəbulu, Molla xidməti və mollanın müxtəlif tədbirlərə dəvətini və s. dini xidmətlərin reallaşdırılmasını nəzərdə tutur.
 
Qeyd edək ki, indiyədək 167 sahibkarlıq subyektinə Startap şəhadətnaməsi verilib.
 
Startap şəhadətnaməsi alanlar qanunvericiliyə uyğun olaraq innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.
 

Paylaş