BMU tələbələri rəqəmsal innovasiyalar hakatonunda uğur qazanıblar
Bakı Mühəndislik Universitetinin (BMU) kompüter elmləri ixtisasının 3-cü kurs tələbəsi Həsən Abbasov və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının builki məzunu Niyyət Rzayev “Azərkosmos” və “Codelandia” Akademiyanın birgə təşkilatçılığı ilə keçirilən “Milli Parklarda Rəqəmsal İnnovasiyalar” hakatonunda qaliblər sırasında yer alıblar.
Startup.az məlumat verir ki, bu barədə BMU-dan bildirilib. Qeyd olunub ki, “Ümumdünya Kosmos Həftəsi-2024” çərçivəsində keçirilən və Yerin kosmosdan müşahidəsinə həsr olunan hakatonda BMU-nun tələbə və məzunu 3-cü yeri qazanıb. Hakaton çərçivəsində istedadlı gənclər bir araya gələrək milli parklarımızın rəqəmsal xəritəsini yaratmaq üçün innovativ həllər təqdim ediblər. Ölkəmizdə ilk dəfə keçirilən hakaton və bu təşəbbüs Azərbaycanın ekosistemində texnologiya innovasiyaları üçün yeni imkanlar yaradaraq davamlı inkişafa töhfə verməyi hədəfləyir.