Bankların kredit portfeli açıqlanıb

Bankların kredit portfeli açıqlanıb

Yanvarda fəaliyyətdə olan bankların cəmi aktivləri 53 milyard 90,7 milyon manat, cəmi öhdəlikləri 46 milyard 402,3 milyon manat, balans kapitalı 6 milyard 688,4 milyon manat olub.

Startup.az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat ayında bankların kredit portfeli 0,1 faiz və ya 37 milyon manat artaraq 27 milyard 514,7 milyon manat təşkil edib. Kredit portfelinin strukturu: biznes kreditləri – 53,5 faiz (14 milyard 709,9 milyon manat); istehlak kreditləri – 31,1 faiz (8 milyard 551,7 milyon manat) və ipoteka kreditləri – 15,4 faiz (4 milyard 253,1 milyon manat).

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,3 faiz bəndi azalaraq 1,6 faiz olub.

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 79,7 faizi və ya 36 milyard 961 milyon manat. Depozit portfelinin 61,1 faizi (22 milyard 575,5 milyon manat) hüquqi şəxslərin, 38,9 faizi (14 milyard 385,4 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Paylaş