"Bakı Fond Birjası" və "Euronext" təcrübə mübadiləsini müzakirə edib

"Bakı Fond Birjası" (BFB) QSC ilə Avropanın aparıcı bazar infrastrukturu təchizatçılarından biri olan "Euronext" şirkəti arasında Azərbaycanın kapitalı bazarının inkişafının sürətləndirilməsi, qabaqcıl təcrübələrin mübadiləsi və bazarın ekosisteminin gücləndirilməsinə yönəlmiş potensial əməkdaşlıq sahələri müzakirə edilib.

Startup.az BFB-yə istinadən xəbər ki, görüş zamanı hər iki tərəf bazar əməliyyatları, ticarət texnologiyaları, listinq və davamlı maliyyə sahəsində bilik mübadiləsi imkanlarını müzakirə ediblər. Müzakirə zamanı Azərbaycanın kapital bazarlarında daha geniş beynəlxalq iştirakın asanlaşdırılması, qlobal standartlara və investorların gözləntilərinə uyğunluğun təmin edilməsi məsələlərinə də toxunulub.

BFB maliyyə sektorunun inkişafını təşviq etmək və yerli kapital bazarının davamlı böyüməsini dəstəkləmək məqsədilə strateji tərəfdaşlıqlar qurmağa davam edir.

Paylaş