AZPROMO-nun ixracatçılara və investorlara göstərdiyi xidmətlərin siyahısı təsdiqlənib
Nazirlər Kabineti “İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı”nı təsdiq edib.
Startup.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin Siyahısı aşağıdakılardır.
1.
Sahibkarlıq subyektlərinin sorğusu əsasında beynəlxalq ticarət məlumatları üzrə araşdırmanın aparılması və onlara potensial ixrac bazarları barədə məlumatların verilməsi

2. Sahibkarlıq subyektlərinin sorğusu əsasında onlara Azərbaycan Respublikasının ərazisindən ixrac edilən Azərbaycan mənşəli məhsulların (xidmətlərin) təyinat ölkəsinə idxalına dair qaydalar haqqında məlumatların təqdim edilməsi
3. Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-ya məxsus əmtəə nişanlarından istifadə hüququnun verilməsi
4. İnvestorların və ixracatçıların investisiya və ixrac fəaliyyəti ilə bağlı hüquqi və fiziki şəxslərlə Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin əlaqələndirilməsi işinin təşkili