“Azərpoçt” elektrikli və yaxud hibrid nəqliyyat vasitələrindən istifadə etmək istəyir

“Azərpoçt” elektrikli və yaxud hibrid nəqliyyat vasitələrindən istifadə etmək istəyir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC əməliyyatlar zamanı elektrikli və yaxud hibrid nəqliyyat vasitələrindən istifadə etməyi planlaşdırır.

Startup.az xəbər verir ki, bunu şirkətin İdarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev COP29 çərçivəsində təşkil olunmuş "Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə" adlı tədbirdə bildirib.

"Biz ətraf mühitə təsirimizi minimuma endirmək üçün fəal şəkildə iqlimə nəzarət təşəbbüsləri həyata keçiririk. “Azərpoçt” yanacaq sərfiyyatını, karbon emissiyalarını minimuma endirmək üçün çatdırılma marşrutlarını optimallaşdırır. Həmçinin elektrikli və yaxud hibrid nəqliyyat vasitələrindən istifadə etməyi planlaşdırırıq. Şirkət həmçinin kağız istehlakını azaldır və rəqəmsallaşmanı təşviq edir. Bundan əlavə, kağız istehlakını minimuma endirmək üçün çap prosesimizi optimallaşdırırıq. Enerji səmərəliliyi, davamlı logistika, kağız istehlakının azaldılması, beynəlxalq əməkdaşlıq Azərbaycanda poçt sənayesinin "yaşıl gələcəyi"nin qurulması üçün əsas inkişaf sahələridir", - o vurğulayıb.

Paylaş