Azərbaycanın vahid ESG platforması hazırlanır
Azərbaycanın vahid ətraf mühit, sosial və idarəetmə (ESG - Environmental, Social and Governance) platforması hazırlanır.
Startup.az xəbər verir ki, bunu “PwC Azerbaijan" şirkətinin nümayəndəsi Leyla Sadıxova Bakıda keçirilən "ESG hesabatlarının anlaşılması və təhlili ekoloji, sosial və korporativ idarəetmə" mövzusunda seminar çərçivəsində bildirib.
Onun sözlərinə görə, vahid platforma gələn ay Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər açıqlanacaq: "Platformanın əsas məqsədi vahid habın yaradılmasıdır. Yəni, hər bir maraqlı şəxsin platformaya daxil olmaqla vahid yerdə birləşməsi və bir-biri ilə əlaqə qurması üçün şərait yaradılacaq".