Azərbaycanda yeni texnoparklar yaradılacaq

Azərbaycanda yeni texnoparklar yaradılacaq

Məlumat verdiyimiz kimi, Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb. 

Xəritdədə startap sahəsinin inkişafı ilə bağlı bəzi məqamlar vurğulanıb.

Xeberler.az-ın məlumatına  görə, sənəddə deyilir ki,  Azərbaycanda İKT-də sahəsində  inkişaf prosesinin 2025-ci ildən sonrakı dövrdə də davam etdirilməsi planlaşdırılır.

Qeyd edilir ki, uzunmüddətli perspektivdə rəqəmsal iqtisadiyyatla bağlı hədəf baxışın icrasını təmin etmək məqsədilə innovasiyayönümlü texnoloji savadlılıq səviyyəsi yüksəldiləcək, peşə təhsili müəssisələrində və universitetlərdə istedadlı tələbələrin hazırlanmasına xüsusi diqqət yetiriləcək:

“ Texnoloji savadlılığın artırılması və innovativ düşüncə tərzinin inkişaf etdirilməsi məqsədilə universitetlərin və müvafiq peşə məktəblərinin tədris proqramlarına proqramlaşdırmaya dair dərslər daxil ediləcək. İnformasiya cəmiyyətinin yaranması əlavə innovasiyalı hədəflər müəyyən edəcək”.

Məlumata görə,  startapların və innovasiyalı müəssisələrin inkişafını stimullaşdırmaq məqsədilə klasterlərin və yüksək texnologiyalar parklarının yaradılması nəzərdən keçiriləcək:

“ Bu işdə dövlətin və digər maraqlı tərəflərin müvafiq investisiya qoyuluşları əsas dəstəkverici qüvvə rolunu oynayacaq. Belə parklara və innovasiya mərkəzlərinə innovasiyaya təkan verən startapları daha çox cəlb etmək üçün onların daha geniş əhatə dairəsində (bölgələrdə) tətbiqi reallaşdırılacaq. Bu 18 yanaşma həmin parklarda olan müəssisələrin Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidi üçün əsas hərəkətverici qüvvə olmasına şərait yaradacaq. Həmçinin, müvafiq planların tətbiqi vasitəsilə informasiya cəmiyyəti elektron xidmətlərdən daha çox istifadəyə stimullaşdırılacaq və təlimatlandırılacaqdır. Beləliklə, texnoloji savadlılıq, yüksək texnologiya vasitələrinin tətbiqində artım və keyfiyyətli genişzolaqlı şəbəkəyə çıxış nəticəsində ümumi ümumi biznes mühitinin inkişafına nail olunacaq”.

Paylaş