Azərbaycanda daha 11

Azərbaycanda daha 11 "Startap" şəhadətnaməsi verilib

Azərbaycanda daha 11 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, şəhadətnamə almış KOB subyektlərindən hamısı mikro, 3-ü qadın sahibkardır. Layihələrin əksəriyyəti xidmət sektorunu əhatə edir.

KOBİA tərəfindən “Startap” şəhadətnamələri "Think" MMC-nin gözəllik xidməti və məhsulların satışı üçün onlayn marketpleys, "Hellojob" MMC-nin onlayn iş elanları platfoması, Ramil Qədirovun saxlama seyflərinin avtomatik idarə edilməsi üçün aparat-proqram kompleksi, "S2J İNC." şirkətinin avtomobil paylaşımı (icarə) üçün mobil tətbiqi, "Allin.Us" MMC-nin onlayn sorğu platforması, "Mərtəbələr" MMC-nin daşınmaz əmlak alqı-satqısının asanlaşdırılması üçün elektron platforması, "Telsat" MMC-nin mobil telefonların satışı üzrə onlayn platforması, “Hirpo” MMC-nin işçilərin xidməti fəaliyyətinin ölçülməsi və idarə edilməsi platforması, “Flash Expo” MMC-nin sərgi və yarmarkalarda iştirakın məsafədən təşkili üçün onlayn platforması, "All Fitness" MMC-nin fitness klublara abunəlik və dəqiqə hesabı qoşulmaq üçün platforması və "Metatesk" MMC-nin onlayn təhsil platforması layihələrinə təqdim edilib.

Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 105-ə çatıb.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Paylaş