Azərbaycanda 2 ayda orta illik inflyasiya 5 faizdən çox olub

Azərbaycanda 2 ayda orta illik inflyasiya 5 faizdən çox olub

Bu ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 105.4 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105.3 %, qeyri-qida məhsulları üzrə 102.7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107.9 % təşkil edib.

Startup.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin fevral ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 105.5 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105.7 %, qeyri-qida məhsulları üzrə 102.7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107.9 % olub.

Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.7 % təşkil edib. O cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101.4 % olub.

Paylaş