Azərbaycan startapları xarici investorlara təqdim edilib

Azərbaycan startapları xarici investorlara təqdim edilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) 25-27 oktyabr tarixlərində İstanbul Texniki Universitetində təşkil olunmuş ‘’Take Off Startup Summit’’ində iştirak edib.

Agentlikdən Xeberler.az-a verilən məlumata görə,  İRİA-nın dəstəyi ilə Hirelamp Bookshifa “İmajin” və ‘’Beso’’ adlı Azərbaycan startaplarının sammitdə iştirakı və xarici tərəfdaşlarla əlaqələrin qurulması təmin olunub.

Azərbaycan startapları öz innovativ layihələrini B2B görüşlərdə Türkiyəli investorlar və Vençur Kapitalı Fondları qarşısında təqdim ediblər. İRİA təmsilçiləri müxtəlif görüşlər və panel müzakirələrində iştirak edərək Türkiyəli tərəfdaşlarla potensial əməkdaşlığı müzakirə ediblər.

Paylaş