Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 4 faizədək azalıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 12 milyard 711.1 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3.9 % az investisiya yönəldilib.
Startup.az Dövlət Statistika Komitəsinə istinadə xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 8.4%, qeyri neft-qaz sektoruna investisiyalar isə 1.6% azalıb. 9 ay ərzində istifadə olunmuş investisiyanın 6 milyard 302 milyon manatı və yaxud 49.6%-i məhsul istehsalı sahələrinə, 4 milyard 743.8 milyon manatı və yaxud 37.3%-i xidmət sahələrinə, 1 milyard 665.3 milyon manatı və yaxud 13.1%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 10 milyard 578.7 milyon manatını və yaxud 83.2%-ni daxili investisiyalar təşkil edib, 9 milyard 193 milyon manatı və yaxud 72.3%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.