Azərbaycan

Azərbaycan "Beynəlxalq Yaşıl Həftə" sərgisində iştirak edəcək

Azərbaycan yanvarın 17-26-da Almaniyanın paytaxtı Berlində keçiriləcək "Beynəlxalq Yaşıl Həftə – 2025" ("Green Week – 2025) qida, kənd təsərrüfatı və bağçılıq sərgi-yarmarkasında iştirak edəcək.

Startup.az xəbər verir ki, tədbir “Messe Berlin”də ("Berlin ExpoCenter City") təşkil ediləcək.

Avropanın ən iri sərgilərindən hesab olunan "Beynəlxalq Yaşıl Həftə" 1926-cı ildən keçirilir. Bu il sərgidə 55 ölkədən 1 400-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. Azərbaycan sərgiyə 15-ci dəfə qatılacaq.

Paylaş