AMB növbəti il iqtisadi artım üçün əsas risk faktorlarını açıqlayıb

AMB növbəti il iqtisadi artım üçün əsas risk faktorlarını açıqlayıb

2025-ci ilə iqtisadi artım ümumi ÜDM üzrə 3.3%, qeyri-neft ÜDM üzrə isə 5.1% olaraq proqnozlaşdırılıb. İqtisadi artım proqnozu oktyabrda daha öncəki proqnozla (iyul 2024) müqayisədə 2025-ci ilə 1.2 faiz bəndi, qeyri neft-sektoru üzrə isə 0.7 faiz bəndi yuxarı doğru reviziya edilib.

Startup.az xəbər verir  ki, 2025-ci ilin iqtisadi artım proqnozlarında yuxarı reviziya ev təsərrüfatı (ev təsərrüfatlarının son istehlakının real artım tempi oktyabr proqnozu üzrə 5.6%, iyulda isə 5.5%) və dövlət sektoru üzrə son istehlakın (dövlət idarələrinin son istehlakının real artım tempi oktyabr proqnozu üzrə 6.8%, iyulda isə 5.7%) real artım tempinin daha yüksək olacağı gözləntisi ilə bağlıdır.

Bildirilib ki, növbəti ildə iqtisadi artım üçün əsas risk qlobal resessiya gözləntiləri fonunda ixrac və xarici investisiyaların məhdudlaşması ola bilər.

Paylaş