AMB investisiya şirkətlərinin və bankların əməkdaşlarının investisiya fəaliyyətini məhdudlaşdırıb

AMB investisiya şirkətlərinin və bankların əməkdaşlarının investisiya fəaliyyətini məhdudlaşdırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2021-ci il 31 avqust tarixli 23/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nda dəyişikliklər edilib.

Startup.az xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov Qərar imzalayıb.

Qeyd edilib ki, investisiya şirkətinin və bankın müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə investisiya xidməti ilə məşğul olan əməkdaşı mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması investisiya xidməti ilə eyni zamanda məşğul ola bilməz.

İnvestisiya şirkətinin mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması investisiya xidməti ilə məşğul olan əməkdaşı eyni zamanda investisiya məsləhətlərinin verilməsi və ya fərdi investorların portfelinin idarə edilməsi üzrə investisiya xidməti (əməliyyatı) ilə məşğul ola bilməz.

Bankın investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bütün işçiləri müvafiq ixtisas şəhadətnaməsinə malik olmalıdır.

Paylaş