“AccessBank”la “Bizdən Biznesə” startap müsabiqəsinə qoşulun, biznesinizə start verin!
Azərbaycanda sahibkarlığın inkişafına dəstək olan, bazara innovativ maliyyə həlləri və alətləri təqdim edən “AccessBank” Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Bizdən Biznesə”(https://www.accessbank.az/az/bizdenbiznese) startap müsabiqəsinə start verdiyini elan edir. Layihə innovasiyaları stimullaşdırmaq, yeni sahibkarlara imkanlar yaratmaq, startaplar üçün biznes ideyalarını reallaşdırmağa platforma təqdim etməklə iqtisadi artımı dəstəkləmək məqsədi daşıyır.
Startup.az xəbər verir ki, bundan əlavə, layihə Azərbaycanda kiçik və orta sahibkarlığa mentorluq və maliyyə dəstəyinin göstərilməsi, davamlı inkişaf və cəmiyyətə müsbət təsir potensialı olan perspektivli biznes konsepsiyaların araşdırılması, iqtisadi inkişafı təşviq etmək məqsədilə uğurlu sahibkar şəbəkəsinin formalaşdırmasını hədəfləyir.
Müsabiqədə iştirak üçün son tarix – 24 noyabr 2024-cü il.
“Biz, “AccessBank” olaraq 22 ildir ki, Azərbaycanda kiçik və orta sahibkarlara dəstək verməklə bərabər, ölkəmizin iqtisadi inkişafına töhfə verməkdən qürur duyuruq. Elə “Bizdən Biznesə” startap müsabiqəsinin əsas məqsədi də maraqlı ideyası olan insanlara dəstək olmaqdan ibarətdir. Ümid edirik ki, bu layihə bir çoxlarını həvəsləndirəcək və yeni başlanğıclara təkan verəcək. İnanıram ki, digər təşkilatlar da analoji layihələrlə Azərbaycanda şəxsi biznes arzusunda olanlara dəstək olacaq və sahibkarlıq sahəsi daha da zənginləşəcək”, - deyə “AccessBank”ın İdarə Heyətinin üzvü Renat Hümbətov deyib.
“Bizdən Biznesə” layihəsində yaşı 18-dən yuxarı olan, innovasiya və kreativlik, davamlılıq və gəlirlilik meyarlarına cavab verən layihələri təqdim edən Azərbaycan vətəndaşları iştirak edə bilər.
Seçim zamanı yaşıl iqtisadiyyatın inkişafı, qadınların cəmiyyətdə rolunun gücləndirilməsinə yönələn layihələr, eləcə də, işğaldan azad edilmiş ərazilərdə reallaşdırılacaq layihələrə üstünlük veriləcək.
“Bizdən Biznesə” layihəsinin ümumi mükafat fondu 60 min manat təşkil edir. I yerin sahibinə biznes planın həyata keçirilməsi üçün bank tərəfindən 25 min manat, II yerin sahibinə 20 min manat, III yerin sahibinə isə 15 min manat dəyərində mükafat təqdim edilir.
Layihə haqında daha ətraflı məlumat almaq və müraciət etmək üçün: “Bizdən Biznesə”.(https://www.accessbank.az/az/bizdenbiznese)