ABŞ səfiri:

ABŞ səfiri: "Startap ekosisteminin inkişafını dəstəkləməkdə davam edəcəyik"

Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanda startap ekosisteminin və proqramlarının dəstəklənməsinə sadiqdir.

Startup.az Report-a istinadən xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ADA Universitetində "Technovate-Sabah Mələk İnvestorlar Klubu" və "Pegasus Ventures" tərəfindən Azərbaycanda ilk dəfə təşkil olunacaq startaplar üzrə dünya çempionatının ("Startup World Cu"p) regional mərhələsinin açılış mərasimində bildirib.

"Azərbaycan və dünya üzrə beynəlxalq əməkdaşlarımızla birlikdə startap və sahibkarlıq ekosisteminin inkişafına töhfə vermək üçün təlimlər, biznesin inkişafı proqramları təşkil edirik. Bu il Azərbaycanın kənd yerlərində 100-dən çox qadına biznes planlarının hazırlanması və startap kapitalı tapmağı öyrətmək imkanımız oldu", - deyə səfir vurğulayıb.

O qeyd edib ki, bu və buna bənzər proqramlar iqtisadi çeşidlilik üçün həyati əhəmiyyət kəsb edən startap və sahibkarlıq ekosistemini dəstəkləyir: "Azərbaycanın inkubatorlar, akseleratorlar, vençur kapitalistləri və mələk investorlar icmasının böyüməsini görmək istəyirik. Biz Azərbaycanın texniki, tədqiqat, inkişaf və hüquqi imkanlarını genişləndirmək səylərini yüksək qiymətləndiririk. Hökumətin bu yenilikləri təşviq edəcək əlavə islahatlar həyata keçirməsini səbirsizliklə gözləyirik".

Paylaş