4SİM ilə Uqandanın Sənaye 4.0 Mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
4SİM ilə Uqandanın Sənaye 4.0 Mərkəzi arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.
Startup.az xəbər verir ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Uqanda Prezidentinin ofisinin Elm, texnologiya və innovasiya katibliyinin Sənaye 4.0 Mərkəzinin rəhbəri David Qonhasanın başçılıq etdiyi Uqanda nümayəndə heyəti ilə görüşüb.
Görüşdə rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində 4SİM-in həyata keçridiyi layihə və təşəbbüslər barədə qonaqlara məlumat verilib və Uqanda Sənaye 4.0 Mərkəzinin həyata keçirdiyi layihələr təqdim olunub. Qonaqlar Azərbaycan təcrübəsinə maraq göstəriblər.